Çinlə ABŞ-ın "ticarət müharibəsi" qızışır
"Ticarət müharibəsi"nin davam etdiyi bir dövrdə ABŞ tərəfindən Çin mallarına yüksək gömrük haqqlarının qoyulmasına müvafiq olaraq qarşı tərəf də addım atmağa hazırlaşır
Sfera.az Reuters-ə istinadən xəbər verir ki, bu haqda Çinin ABŞ-dakı səfiri açıqlama verib. Səfir Çui Tiankay ABŞ-ın 1974-cü il tarixli Ticarət Qanunvericiliyinin 301-ci maddəsinə görə gömrük vergisinin 50 milyard dollardan 60 milyard dollara qalxacağını gözlədiklərini deyib. Onun sözlərinə görə, hətta bu ehtimal həftəiçi reallaşa bilər.
Səfir telekanalların birinə verdiyi açıqlamada bildirib ki, ABŞ tərəfindən belə bir addım atılarsa, eyni addımı qarşı tərəf də ataraq həmin gömrük vergilərini tətbiq edəcək. Ehtimala görə ABŞ "Made in China 2025" adlanan brend sənaye məhsullarına bu vergini tətbiq edəcək.
Qeyd edək ki, artıq Çin tərəfindən ABŞ-a qarşı müəyyən addımlar atılıb. Bazar günü Çin ABŞ-ın qida və digər məhsullarının idxalına 3 milyard dollardan artıq vergi tətbiq etmişdi. Səfir də açıqlamasında bildirib ki, Çin bu istiqamətdə görüləcək tədbirləri gücləndirərək qanunvericilikdə müəyyən dəyişikliklər etməyə hazırlaşır.
Nigar Məhərrəm
Sfera.az






