Çindən ABŞ-a gözlənilməz ZƏRBƏ
Kateqoriya məlum deyil
Çin ABŞ-dan idxal edilən 128 məhsula əlavə dəyər vergisi tətbiq etmək qərarına gəlib.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, qərar bu gündən etibarən qüvvəyə minir.
Qeyd edək ki, Çinlə ABŞ arasında "ticarət müharibəsi" uzun müddətdir davam edirdi.
İlk həmləni isə ABŞ prezidenti Donald Tramp etmişdi. O, xarici ölkələrdən idxal edilən polad və aluminyuma əlavə gömrük vergisi qoymuşdu.
Həmçinin, Çindən idxal edilən məhsullara "illərdir davam edən əqli mülkiyyət oğurluğunun əvəzi olaraq" 60 milyard dollarlıq əlavə dəyər vergisi qoymağı planlaşdırdığını açıqlamışdı. Ancaq bunun hansı məhsullara tətbiq ediləcəyi dəqiqləşməmişdi.
Lalə Nəsirova






