Logo

Ankara üçün “ölüm-qalım” savaşı - Rusiya hərəkətə keçdi - VİDEO

Ankara üçün “ölüm-qalım” savaşı - Rusiya hərəkətə keçdi - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya PKK terror təşkilatının Suriya qolu PYD-nin Fərat çayının qərbinə irəliləməsi üçün dəstə

k verməyə başlayıb.

Sfera.az publika.az-a istinadən  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, çayın qərbindəki

Mümbiç şəhəri Rusiya təyyarələri tərəfindən ağır bombardman edilir.

PYD Hələbin şimalında Türkiyə tərəfindən təhlükəsiz bölgə elan edilməsi planlaşdırılan Azez-Cerablus

xəttində iki istiqamətdən irəliləməyə çalışır. Təşkilat ötən ay ABŞ-ın liderlik etdiyi koalisiyanın köməyi

ilə Hələbin şərqində İŞİD-i geriləməyə məcbur etdikdən sonra Fərat çayına çatıb. Dekabrın 27-də Fərat

çayının üzərindəki Tişrin su anbarını İŞİD-dən alan PYD ardınca anbarın 9 km şimali-qərbindəki Əbu

Kalkal bölgəsinin sərhədlərinə çatıb.

PYD-nin Hələb vilayətinə bağlı Mümbiç mahalını ala bilməsinin səbəbi hava dəstəyinin olmaması idi.

Bölgədə hərbi güc toplamaqda davam edən PYD daha irəli hərəkət etməməsi barədə ABŞ tərəfindən

də xəbərdar edilmiş və  hava dəstəyini təxirə salmışdı. Buna görə də üzünü Rusiyaya çevirən PYD-nin

gözlədiyi dəstək bu gün gəlib.

Yerli mənbələrin verdiyi məlumata görə, Rusiyanın döyüş təyyarələri Mümbiç mahalının mərkəzini

bombalamağa başlayıb. PYD-nin liderlik etdiyi güclərin isə quru əməliyyatına başlayıb-başlamadığına

dair məlumat yoxdur.

Qeyd edək ki, Ankara Suriyanın şimalında - Fərat çayının qərbində PYD üçün “qırmızı xətt” çəkib.

Türkiyə İŞİD-dən azad ediləcək bölgəyə PYD deyil, Azad Suriya Ordusunun daxil olmasını istəyir.

Ankara dəfələrlə bəyan edib ki, PYD Fərat çayının qərbinə keçəcəyi halda vurulacaq.

Məlumata görə, PYD Azezi ələ keçirib Afrin və Kobanini birləşdirməklə Şimali Suriyada xəyalını

qurduğu “kürd dövləti”ni yaratmaq istəyir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR