Şahzadə Salmandan sərt açıqlamalar: "İranla müharibə edəcəyik"
Kateqoriya məlum deyil
Rəsmi Ər-Riyad Suriya prezidentinin hakimiyyətdən gedəcəyinə ümidini itirib.
Sfera.az xəbər verir ki, bu haqda ABŞ-ın "TİME” jurnalına müsahibəsində Səudiyyə vəliəhdi və ölkənin müdafiə naziri Məhəmməd bin Salman danışıb:
"Əsəd hakimiyyətdən getməyəcək. İnanıram ki, Əsəd hər məsələdə İranın maraqlarını təmin etmək məcburiyyətində olmadığını anlayır”.
İrana qarşı təzyiqlərin artırılmasını istəyən Salman buna nail ola bilmədikləri təqdirdə müharibəyə başlayacaqlarını deyib:
"Təxminən, 10-15 il ərzində İranla müharibə edə bilərik".
Qeyd edək ki, bu günə qədər Ər-Riyad Suriya prezidentinin hakimiyyətdən getməsini təkidlə tələb edib.
İlqar






