Türkiyədə ağır yol qəzası: 17 ölü, 36 yaralı
Kateqoriya məlum deyil
Türkiyədə Iğdır-Qars yolunda avtobusun iştirakı ilə baş verən qəza nəticəsində ölənlərin sayı 17-ə çatıb, daha 36 nəfər yaralanıb.
Sfera.az türk KİV-lərinə istinadən xəbər verir ki, yaralananlar dərhal xəstəxanaya çatdırılıb.Qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Avtobus yol nişanına çırpılıb.
Qeyd olunur ki, avtobusda Əfqanıstan və Pakistandan qeyri-qanuni yollarla Türkiyə ərazisinə keçən miqrantlar da olub.
Qeyd edək ki, bu ilin fevralında Türkiyədə 60 800 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 343 nəfər ölüb.





