Moskvada banka hücum
Kateqoriya məlum deyil
"Binbank"ın Moskvanın Sokolniçeskaya meydanında yerləşən şöbəsi qarət edilib.
Sfera.az-ın məlumatına görə, kamuflyaj formalı 5 nəfər silahla banka hücum ediblər. İlkin məlumata görə, onlar 100 min dollar oğurlayıblar.Rusiya hüquq mühafizə orqanlarının məlumatına görə, hadisədə xəsarət alan olmayıb. Hazırda qarətçilər axtarılır.






