Logo

Rusiyadakı dəhşətli yanğınla bağlı daha bir xəbər: 30 uşağı xilas edibmiş...

Rusiyadakı dəhşətli yanğınla bağlı daha bir xəbər: 30 uşağı xilas edibmiş...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Rusiyanın Kemerovo şəhərindəki "Zimnyaya vişnya" ticarət və əyləncə mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 76-ya çatıb. 

Hələlik 27 nəfərin meyiti tanınıb.

Sfera.az "Komsomlskaya Pravda” qəzetinə istinadən xəbər verir ki, hadisə zamanı gənc fotoqrafın 30 uşağı xilas etdiyi məlum olub.

Olayın qəhramanı jurnalistlərə özünü Yevgeni kimi təqdim edərək soyadını deməyib. Etdiyi qəhrəmanlığın vətəndaşlıq borcu olduğunu söyləyib.

O deyib ki, hadisə zamanı işlədiyi şirkət ticarət mərkəzindəki uşaq mərkəzində bayram şənliyi təşkil edib.

Kinozalda yanğın başlayanda Yevgeni zala daxil olub. Uşaq bayramlarında çox iştirak etdiyindən balacaların psixologiyasını yaxşı bilən gənc onları toplayaraq yanğın bürümüş zaldan çıxarıb.

Yevgeni deyir ki, diğər kinozallarda bağlı qapı arxasında uşaqların qalmasından xəbəri olmayıb.

İlqar

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR