Logo

Facebook-a qarşı təhqiqat

Facebook-a qarşı təhqiqat
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Facebook sosial şəbəkəsinin qurucusu Mark Zukerberq ABŞ kongressinə dəvət olunub.

Sfera.az xəbər verir ki, o sosial şəbəkənin 50 milyon istifadəçisinin şəxsi məlumatlarının oğurlanması ilə bağlı dinləmələrdə ifadə verəcək.

Daha öncə Zukerberq Böyük Britaniya parlamentində keçirilən analoji dinləmələrdə iştirak etməkdən imtina edib.

Xatırladaq ki, martın əvvəlində 50 milyon Facebook istifadəçisinin şəxsi məlumatlarının siyasi konsaltinq və siyasi reklam üzrə ixtisaslaşan Cambridge Analytica şirkətinə ötürülməsi barədə məlumatlar yayılıb.

Qeyd edək ki, Cambridge Analytica ABŞ prezidenti seçkiləri zamanı Donald Trampın seçkiqabağı qərargahı ilə əməkdaşlıq edib.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR