Prezidentliyə namizəd uduzdu deyə bığlarını qırxdı

Prezidentliyə namizəd uduzdu deyə bığlarını qırxdı
Rusiyada ötən həftə baş tutmuş prezident seçkilərində namizədlərdən biri Pavel Qrudinin seçki ərəfəsində verdiyi vədi yerinə yetirib.
 
 

Sfera.az xəbər verir ki, Rusiya Kommunist Partiyasının namizədi P.Qrudinin videobloqerlə mübahisə edərək seçkilərdə 15 faizdən aşağı səs toplayacağı təqdirdə bığlarını qırxacağını demişdi.
 

Öz növbəsində bloqer Yuri Dud əks halda başını keçəl edəcəyini vəd etmişdi.

Rusiyada martın 18-də keçirilmiş seçkilərdə P.Qrudinin 11,77 faiz səs toplayıb. Rusiya Mərkəzi Seçki Komissiyası ötən gün nəticələri elan etdikdən sonra o, bığını qırxıb və şəklini sosial şəbəkədə yerləşdirib.
 

Qeyd edək ki, Rusiyada prezident seçkilərində Vladimir Putin səslərin 76,69 faizini toplayaraq təkrar bu vəzifəyə seçilib.
 

OXŞAR XƏBƏRLƏR