Trampdan translara QADAĞA
![Trampdan translara QADAĞA](https://sfera.az/photo/orginal/2018/03/24/386481.jpg)
21:13 / 24.03.2018
2093
ABŞ prezidenti Donald Tramp transların orduya qatılmalarını qadağan edib.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, prezident bununla bağlı fərmanı bu gün imzalayıb.
Ağ Evdən mətbuata verilən məlumata görə, Trampın bu qərarı verməsində ABŞ müdafiə naziri Ceyms Mettisin və hərbi mütəxəssislərin tövsiyələri əhəmiyyətli rol oynayıb.
Fərmana görə gender disforiyası diaqnozu qoyulanlar orduda xidmət edə bilməyəcəklər.
Xatırladaq ki, Tramp keçmiş ABŞ prezidenti Barak Obama dövründə başladılan və cinsiyyət dəyişdirənlərə də orduda xidmət etmək hüququ verən qanuna qarşı çıxmışdı.
Lalə Nəsirova