Logo

Lavrov istefa verir? - Rəsmi AÇIQLAMA

Lavrov istefa verir? - Rəsmi AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kremlin sözçüsü Dmitri Peskov, Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun vəzifəsindən ayrılacağı istiqamətində söylənilənlərlə bağlı fikirlərə münasibət bildirib.

Sfera.az bildirir ki, RTVI kanalı, Rusiya Xarici İşlər Nazirliyinə yaxın bəzi mənbələrdən əldə etdiyi məlumata görə, Lavrovun yeni kabinetdə olmayacağı ilə bağlı iddia irəli sürüb.

Bildirilib ki, Lavrovun, 2004-cü ildən bəri vəzifəsini icra etdiyi, bu səbəbdən də artıq yorulması ilə bağlı vəzifəsindən ayrılmaq istədiyi iddia edilib.

Məsələ ilə bağlı açıqlama verən Peskov, "Bu deyilənlərə əhəmiyyət verməyib, Lavrovu doğum günü münasibətilə təbrik edək” deyib. Bu gün 68 yaşı olan Lavrov, doğum günü Yapon həmkarı Taro Kono ilə keçirəcəyi görüş üçün Tokioda keçirib. Kono, görüşdə Lavrova futbol topu formasında bir tort təqdim edib.(A24.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR