Fələstinli gənc israilli hərbçiləri öldürdü
Kateqoriya məlum deyil
İordan çayının qərb sahilində fələstinli gənc avtomobili kütlənin üstünə sürüb.
Sfera.az "The Jerusalem Post” nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində iki israilli hərbçi ölüb, daha ikisi ağır yaralanıb.Fələstinli həbs olunub.
Müdafiə naziri Aviqdor Liberman deyib ki, terrorçu ölüm hökmü almalıdır.
"Həmas” təşkilatı bəyanat yayıb ki, bu hücum Donald Trampın ABŞ səfirliyini Qüdsə daşımasının 100 günlüyünə həsr edilir.






