Yunanıstan Türkiyəyə məxsus yaxtanı azad etdi

Yunanıstan Türkiyəyə məxsus yaxtanı azad etdi
Yunanıstan Akdənizdə Türkiyə bayrağı altına saxladığı "Halis Temel” yaxtasını qarşı tərəfə təhvil verib.
 

Yaxtanın kapitanı Hakan Tekerek 110 min avro pul müqabilində azad olunub. "Halis Temel” artıq Bodrum sularına gətirilib.
 

Xatırladaq ki, yaxta ötən il sentyabrın 23-də sənədlərin qaydasında olmaması əsas gətirilərək saxlanılıb. Yaxtanın göyərtəsində o zaman 18 ABŞ vətəndaşı olub.
 
(AZƏRTAC)
 

OXŞAR XƏBƏRLƏR