Türkiyə antiterror əməliyyatı keçirəcək - Bu dəfə...

Türkiyə antiterror əməliyyatı keçirəcək - Bu dəfə...
Türkiyə Şimali İraqda antiterror əməliyyatı keçirəcək. 
 
Sfera.az "NTV"yə istinadən bildirir ki, bu barədə türkiyə prezidenti Rəcəb Tayyib ərdoğan bildirib.
 
Onun sözlərinə görə, Suriyanın Afrin bölgəsindəki beton tunellər ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə tikilib:
 
"Suriyanın Afrin bölgəsində beton tunelləri kim tikib? PYD/YPG terrorçularının bu sistemli tunelləri tikəcək qədər ağılları yoxdur. Ancaq o tunellər nəyə yaradı? Afrin şəhər mərkəzində güclü müqavimət göstərəcəyini bəyan edən terrorçular Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu yaxınlaşan zaman qaçmağa başladılar. Suriyanın Menbic bölgəsini, Fəratın şərq sahilləri, o cümlədən İraqın şimalını terrorçulardan təmizləyəcəyik. Şimali İraqda PKK terror düşərgələrini bombalayırıq. Yaxın vaxtlarda həmin əraziləri də terrorçulardan təmizləyəcəyik. Öz torpaqlarını terrorçulardan təmizləyə bilməyənlər bizdən bu torpaqlarda nə etdiyimizi soruşa bilməz”.
 
Lalə Nəsirova 

OXŞAR XƏBƏRLƏR