FTB-nin sabiq direktoru:”Yazılmamış qanun var, kəşfiyyatçının ailəsi toxunulmazdır”

FTB-nin sabiq direktoru:”Yazılmamış qanun var, kəşfiyyatçının ailəsi toxunulmazdır”
Britanıyanın baş naziri Tereza Mey dünən Rusiya əleyhinə bəyanat verərək onu 66 yaşlı  Sergey Skripalın və onun qızını zəhərlənməsində ittiham etdi.
 

Sfera.az xatırladır ki, Skripal Rusiya Hərbi Əks-Kəşfiyyat İdarəsinin sabiq zabitidir. O 2006-cı ildə Britaniya lehinə casusluq etdiyi üçün 13 il həbs cəzası alıb. Sonradan Britaniyada həbs edilmiş Rusiya casusları ilə dəyişdirilib. 2010-cu ildə Skripal Britaniya vətəndaşlığı alıb.
 

Bu ilin 4 martında onu və qızını Solsberi şəhər parkında huşsuz halda tapıblar. Onların hər ikisi komadadır.

 
Tereza Meyin bəyanatına Rusiyadan müxtəlif reaksiyalar olub. Onlardan ən maraqlısı FTB-nin sabiq direktoru, hazırda Dövlət Dumasının deputatı Nikolay Kovalevin "Tass” agentliyinə verdiyi müsahibədir.

 
O bildirib ki, dünyanın bütün kəşfiyyat orqanlarının yazılmamış bir qanunu var- kəşfiyyatçının arvadı, uşaqları, qohumları toxunulmazdır. Əgər buna yol verilərsə artıq qisas olar, hadisələr qanlı xarakter alar.

Dəyişdirilmiş agentlərə də bu prosedura aiddir:

 
"Skripal Rusiya üçün heç bir təhlükə törətmirdi. Ona görə də dəyişdirilmişdi. 12 il qabaq o cəza alıb. Guya Rusiya 12 il gözləyib, sonra  qəfil onu zəhərləyib, özü də prezident seçkisi ərəfəsində. Məntiq hanı?”
 
 
Ilqar Atabəyli
 

OXŞAR XƏBƏRLƏR