Logo

Trampın daha bir xəyalı gerçəkləşir

Trampın daha bir xəyalı gerçəkləşir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
ABŞ prezidenti Donald Trampın daha bir arzusu reallaşır.

Sfera.az"CNN”ə istinadən bildirir ki, ABŞ Müdafiə Nazirliyi paytaxt Vaşinqtonda hərbi keçid olacağını açıqlayıb.

Məlumata görə, hərbi keçid bu ilin 11 noyabrında baş tutacaq.

Hərbi keçidin Ağ Ev ilə Konqres binası arasındakı ərazidə olması planlaşdırılır.

Hərbi keçid hər il həmin gün baş tutan "Qazilər günü yürüşü” ilə üst-üstə düşəcək. Keçid zamanı asfaltın korlanmaması üçün tanklardan istifadə edilməyəcək.

Xatırladaq ki, Donald Tramp Fransada "Bastilya günü” münasibətilə baş tutan hərbi keçiddən təsirlənmiş və Vaşinqtonda da belə bir hərbi keçidin baş tutmasını istəmişdi. O, bu arzusunu 18 Yanvarda generallarla iclası zamanı dilə gətirmişdi.

Lalə Nəsirova

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR