Senat deputata şərt qoydu: "Həmkarlarını qucaqlama!”

Senat deputata şərt qoydu:
Kaliforniya senatının reqlament komiteti deputat Bob Hersberqə öz həmkarlarını qucaqlamamağı tövsiyyə edib.

Sfera.az  "Los Angeles Times” nəşrinə istinadən xəbər verir ki, insanlarla həddindən çox mehriban olan, görüşdüyü insanları bərk qucaqlamağı sevən Hersberqə "ayı balası” (Huggy Bear) ləqəbi verilib.

Deputatdan 3 qadın həmkarı şikayət edib. Araşdırmalar göstərib ki, Bob Hersberqin hərəkətlərində seksual xarakter yoxdur. Ancaq onun qucaqlamasından insanlar diskomfort hiss edir.

Ancaq deputatın bu vərdişindən narazı olmayanlar da var. Araşdırma zamanı 28 deputat Bobun qucaqlamasını dostluq jesti kimi qəbul etdiyini deyib.
Onların hamısı "ayı balası”nın müdafiəsinə qalxıb.
 
Qeyd edək ki, 2015-ci ildə də Hersberg qucaqlama məsələsinə görə tənbeh olunmuşdu. Görünür deputat vərdişini tərgitməkdə çətinlik çəkir. 
 
İlqar

OXŞAR XƏBƏRLƏR