Afrindəki ikinci ən böyük şəhər terrorçulardan təmizləndi
Kateqoriya məlum deyil
Bu gün Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birgə
Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı
nəticəsində Cinderes şəhəri PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizlənib.
Sfera.az "Hürriyet”ə istinadən bildirir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.
Qeyd edək ki, Cinderes Afrin bölgəsində ikinci ən böyük şəhərdir.
Lalə Nəsirova






