Sarkisyan baş nazir postuna iddialı olsa, mitinqlər başlayacaq

Sarkisyan baş nazir postuna iddialı olsa, mitinqlər başlayacaq
Serj Sarkisyanın baş nazir postuna iddialı olacağı Ermənistanda narahatlıqla qarşılanır.

Hazırki prezdent əvvəllər dəfələrlə vurğulamışdı ki, bu posta namizədliyini irəli sürməyəcək. Ancaq son günlər hakim partiya və müttəfiqlərinin çıxışları o ehtimala əsas verir ki, onların Serj Sarkisyandan başqa namizədləri yoxdur.

Sfera.azerməni mətbuatına istinadən xəbər verir ki,  parlamentdə "Azadlıq” fraksiyasının rəhbəri Nikol Paşinyanda jurnalistlər və ictimai fəallarla görüşündə bu mövzudan danışıb.

O deyib ki, ictimai təzyiq olsa, Sərkisyan heç bir halda baş nazir seçilə bilməz:

"Cəmiyyət öz sözünü deməlidir. Müəyyən liderlik mövqelərini tutmuş siyasi qüvvə belə bir fürsət verə bilər. Onun bu postu tutmamağı üçün zorakılıq olmadan, dinc etiraz və mitinqlərlə təzyiq etmək olar.”
 

OXŞAR XƏBƏRLƏR