Rusiya səfirliyi amerikalılarla məzələnir –“Silahıma ad fikirləş”

Rusiya səfirliyi amerikalılarla məzələnir –“Silahıma ad fikirləş”
Rusiya prezidenti Vladimir Putin  dünən Federal Şuraya müraciətində "2017-ci ilin sonunda Rusiya Federasiyasının mərkəzi poliqonunda nüvə enerjisi qurğusuna malik ən yeni qanadlı raketin uğurlu sınağı keçirildi.
 
Uçuş zamanı nüvə enerjisi qurğusu nəzərdə tutulan gücə çataraq lazımi dartma gücünü təmin etdi. Raketin buraxılışı və yerdə kompleks sınaqlar prinsipial baxımdan yeni silah növünə keçməyə imkan verir: nüvə enerjisi qurğusu ilə təchiz edilmiş strateji nüvə silahı kompleksi... Dünyada belə bir şey yoxdur" deyib.

Sfera.az Rusiya mətbuatına istinadən bildirir ki, Putinin çıxışını narahatlıqla izləyən  ABŞ-da əsəb müharibəsi gecə də davam edib.

Rusiyanın ABŞ-dakı səfirlyi Putinin bəyan etdiyi silahlara ən yaxşı ad tapmaq üçün amerikalılar arasında konkurs elan edib.

Səfirliyin "Twitter"də keçirdiyi konkursun adı "Mənim silahıma ad fikirləş” adlanır.

Statusun sonunda Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının internet ünvanı göstərilib. Konkurs iştirakçıları silaha fikirləşdikləri adı həmin ünvana göndərə bilərlər.

Yeni silaha verilən adlar arasında "Tramp”, "Qulaq”, Brejnevin tumanı” kimi variantlar var.

Hələlik ABŞ rəsmiləri Rusiya səfirliyinin bu zarafatına rəsmi münasibət bildirməyib.




OXŞAR XƏBƏRLƏR