Hökumətdən narazı aktyorların siyahısı tutulur - RUSİYADA

Hökumətdən narazı aktyorların siyahısı tutulur - RUSİYADA
Rusiyada bəzi aktyor və aktrisalara qadağa qoyula bilər.
 
Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, Dumaya LDPR-dən seçilən İvan Suxarev mədəniyyət naziri Vladimir Medinskiyə məktubla müraciət edərək hökumətin maliyyəsi ilə çəkilən filmlərdə Rusiyanı pisləyən aktyorların rol almamasını istəyib.
 
Qeyd edək ki, buna səbəb tanınmış kinioaktyor A. Serebryakovun 20 fevralda sosial şəbəkələrdə yayılan və böyük rezonans doğuran müsahibəsi olub. Aktyor hakimiyyəti sərt formada tənqid edib və Rusiyada milli ideyanın olmadığını, ancaq güclülərin, nadanların at oynatdığını bildirib.
 
Serebryakovdan sonra Paşinin və Konstantin Raykin kimi mədəniyyət adamları da hazırkı iqtidarı tənqid ediblər.
"Briqada” serialının ulduzu Dmitriy Dyujev də tənqidçilər sırasındadır.

Bu arada "Ria Novosti” agentliyi hakimiyyətdən narazı artistlərin siyahısını dərc edib. Bütün bunlar bir çox mədəniyyət adamları tərəfindən neqativ qarşılanıb. Onlar hesab edir ki, aktyorlara siyasi baxışlara görə təzyiq yolverilməzdir.
 
 



OXŞAR XƏBƏRLƏR