Prezident 8 Marta görə bütün qadınlara pul mükafatı ayırdı - Türkmənistanda
Dünya
10:44 / 01.03.2018
3042
Türkmənistan qadınlarına 8 Mart münasibəti ilə prezident Qurbanqulu Berdımuhammedovun adından 40 manat ( 18,80 AZN) təqdim olunacaq.
Sfera.az bildirir ki, dövlət başçısı tərəfindən imzalanan sərəncama əsasən, pul mükafatını mülkiyyət formasından asılı olmayaraq, müəssisə və idarələrdə, təşkilatlarda işləyən qadınlar ala biləcəklər.
Prezidentin sərəncamı tələbələrə, məktəbli qızlara, uşaq bağçalarında işləyən qadın müəllimlərə, təqaüdçü qadınlara da şamil olunacaq
Sənədə əsasən, pul hədiyyəsi təntənəli şəkildə qadınlara təqdim ediləcək. (Qafqazinfo)