Logo

Türkiyədə hərbçiləri daşıyan avtobus aşdı - Yaralılar var

Türkiyədə hərbçiləri daşıyan avtobus aşdı - Yaralılar var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Türkiyənin Antalya əyalətində hərbçiləri daşıyan avtobusun aşması nəticəsində azı 23 nəfər xəsarət alıb.

Sfera.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə İHA agentliyi xəbər yayıb.

Qəza şənbə günü axşam baş verib. Antalya əyalətində Kestel qəsəbəsi yaxınlığında sürücü idarəetməni itirib və avtobus aşıb.

Hadisə nəticəsində 22 hərbçi və avtobus sürücüsü yaralanıb.

Xəsarət alanlar Antalya xəstəxanalarına yerləşdirilib, onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR