Logo

Nazarbayev qazax dilinin latın qrafikalı yeni əlifbasını təsdiqlədi

Nazarbayev qazax dilinin latın qrafikalı yeni əlifbasını təsdiqlədi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qazaxıstan prezidenti Nursultan Nazarbayev latın qrafikalı yeni əlifbanın təsdiqlənməsi barədə fərman imzalayıb.

Sfera.az xəbər verir ki, yeni əlifba 32 hərfdən ibarətdir.

Qeyd edək ki, Nursultan Nazarbayev ötən ilin oktyabrında qazax dilinin latın qrafikalı əlifbaya mərhələli keçidi haqqında fərman imzalayıb. Fərman Qazaxıstanın 2025-ci ildə tam şəkildə latın qrafikalı əlifbaya keçməsini nəzərdə tutur.

Qazaxıstanda 1920-ci ilədək ərəb əlifbasından istifadə edilib. 1920-ci ildə latın qrafikalı əlifbaya, 1940-cı ildən isə 42 hərfli kiril əlifbasına keçilib.(Virtualaz.org)

Nazarbayev qazax dilinin latın qrafikalı yeni əlifbasını təsdiqlədi

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR