\"Mən daha çox vergi ödəməliyəm\" - BİLL GEYTS

\
 "Microsoft”un yaradıcısı, milyarder Bill Geyts yeni vergi islahatından narazıdır.

 

Sfera.az xəbərinə görə, B. Geyts CNN-ə müsahibəsində bildirib ki, dövlət onun kimi zəngin insanların üzərinə daha çox vergi yükü qoymalıdır: "Mən daha yüksək vergi ödəməliyəm. İndiyədək digərlərindən daha çox – 10 milyard dollardan artıq vergi ödəmişəm, amma hökumət mənim vəziyyətimdə olan insanlardan daha yüksək vergi tələb etməlidir”.

 

B. Geyts prezident Donald Trampın vergi islahatı nəticəsində proqressiv deyil, reqressiv (geriyə doğru) vergiqoyma şkalasının tətbiq olunduğunu söyləyib. Onun fikrincə, islahatdan ən çox faydalananlar zənginlər olacaq, halbuki respublikaçılar bunun orta təbəqənin və fəhlələrin mənafeyinə xidmət edəcəyini söyləyirdilər.

 

Qeyd edək ki, "Forbes”un hesablamalarına əsasən B. Geyts hazırda dünyanın ən zəngin insanlarının siyahısında 91,7 milyard dollarlıq sərvəti ilə 2-ci sıradadır. Birinci yeri "Amazon”un yaradıcısı Ceff Bezos tutur, onun sərvəti 120 milyard dollar həcmində qiymətləndirilir.

 
lent.az

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev türkiyəli aktyoru təltif etdi - FOTO

Türkiyəni COP29-da təmsil edən aktyor Engin Altan Düzyatan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib. &...

Tacikistan seçkiləri müşahidə etmək üçün 26 ölkəyə dəvət göndərdi

Tacikistan 2025-ci il martın 2-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün 26 ölkəyə və beynəlxalq təşkilatlara dəvət göndərib.   Sfera....

Ağ Şəhər ərazisində mənzildə partlayış baş verdi

Bakıda mənzildə partlayış baş verib.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.   Bildirilib ki, "1...

Ronaldo “Əl-Nəsr”in ortaq sahibi olacaq

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr” ilə müqaviləsini uzatdıqdan sonra klubun ortaq sahibi olacaq.   Sfera.az ...

"Bu illərdə dünya ilə əlaqəyə keçəcəklər, məxfi sənədlər açılacaq və..." - MARAQLI PROQNOZLAR

Uzun illərdir ki, yadplanetlilər və dünya ilə onların əlaqələri barədə müxtəlif proqnozlar səsləndirilir. Xüsusilə öncəgörənlərin, kahinlərin bununla bağlı...

İstanbul-Moskva reysi texniki səbəblərdən ləğv edildi

Yanvarın 15-nə planlaşdırılan İstanbul-Moskva reysi texniki səbəblərdən ləğv edilib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-i "Aeroflot...