Çavuşoğlundan sərt çıxış: \"Əsəd rejimi Afrinə girsə...\"
15:36 / 19.02.2018
931
Türkiyənin baş naziri Mövlud Çavuşoğlu Bəşər Əsədə sadiq qüvvələrin bir neçə saat ərzində Afrin şəhərinə daxil olaсağı barədə xəbərlərə münasibət bildirib
Sfera.az "Ntv.com.tr"yə istinadən bildirir ki, M. Çavuşoğlu "Zeytun budağı” əməliyyatında məqsədin Afrini PYD/YPG-dən təmizləmək olduğunu deyib.
Nazir Türkiyənin bu məsələdə mövqeyinin qəti olduğunu bildirib:
"Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Əsəd rejimi PYD/YPG-ni təmizləmək üçün Afrinə daxil olmaq istəyirsə, problem yoxdur. Ancaq PYD/YPG-ni qorumaq üçün Afrinə gedirsə, heç kim bizi dayandıra bilməz”.