\"Zeytun budağı\"nın 27-ci günündə daha 43 terrorçu məhv edildi
13:34 / 15.02.2018
1037
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatının 27-ci günündə daha 43 terrorçu məhv edilib.
Sfera.az "Sözçü"yə istinadən xəbər verir ki, TSQ-nın paylaşdığı məlumatda Türkiyə Ordusunun Kude kəndini ələ keçirdiyi və 54 yaşayış məntəqəsini nəzarətə götürdüyü bildirilib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub. İndiyə qədər zərərsizləşdirilmiş terrorçuların sayı ümumilikdə 1528-ə çatıb.
Nura