Ermənilər Xankəndində işğalın 30 illiyini qeyd etdilər - VİDEO
Əslində 13 fevral 1988-ci il hansısa "azadlıq hərəkatı”nın yox, Azərbaycandan növbəti torpaqqoparma prosesinin başlanğıcı oldu.
Xankəndində qondarma rejimin təşkilatçılığıyla yubiley mitinqi təşkil olunub. Mitinqdə təxminən 30 min insanın iştirak etdiyi iddia edilir.
Bako Saakyan və digər separatçıların qatıldığı mitinqdə məlum "Miatsum” ("Birlik”) və s. kimi hay-küylü şüarlar səslənsə də, təqdim edilən foto və video-kadrlardan bəlli olur ki, bəzi uşaqlar istisna, böyüklü-kiçikli, qocalı-cavanlı, kişili-qadınlı əksəriyyətin sifətindən zəhrimar yağır… Tribunada danışanlara qulaq asan yoxdur, "mitinqçilər” öz aralarında söhbət edirlər…
Bunlar sübut edir ki, 1988-ci ilədək azərbaycanlılarla baş-başa, bizlərdən də qat-qat yaxşı və rahat yaşamış orta və aşağı təbəqədən olan ermənilər indi Azərbaycandan "müstəqil” şəkildə miskin vəziyyətdə yaşayır və xunta rejimi keçmiş səhvlərinə görə peşmançılıq hisləri keçirən bu yoxsul kütləni zorla meydanlara qovur… (Moderator.az)
Sfera.az






