Ermənistanda cinayətkarlığın səviyyəsi artıb
Dünya
21:39 / 12.02.2018
1227
2017-ci ildə Ermənistanda cinayətkarlığın səviyyəsi 2016-cı illə müqayisədə 8,1 faiz (yaxud 1520 cinayət hadisəsi -red) artıb.
"Report" "News.am"a istinadən xəbər verir ki, bu barədə ölkə polisi məlumat yayıb.
Qeyd edilir ki, 2016-cı ildə bu rəqəm 18764 olub. 2017-ci ildə isə cinayət hadisələrinin sayı 20284 təşkil edib.
Polisin hesabatına əsasən, əsasən orta ağırlıqlı cinayətlərin sayı artıb. Eyni zamanda xüsusi ağır cinayətlər 17,2% (2016-cı illə müqayisədə 198-in 2017-ci ildə 164-ə) sayı azalıb və ağır cinayətlərdə bu göstərici 11,4% (3081-in 2729-ə) təşkil edib.
Ölkədə qanunsuz silah dövriyyəsi də artıb. 2016-cı ildə cinayət hallarına dair bu rəqəm 729 fakt olubsa, 2017-ci ildə bununla bağlı 858 cinayət faktı qeydə alınıb.