Rus müxbir Suriyada mat qaldı: \"Ordakı bütün snayperçilərin erməni olduğunu öyrəndim\"

Rus müxbir Suriyada mat qaldı: \
Rus idmançı və aktrisa, "Anna News”un Suriyadakı müxbiri Sergey Badyuk Suriyada silah istehsalının Erməni Diasporasının çiyinlərində olduğunu bildirib.

 
2017-ci ilin dekabr ayında "Business Online”a verdiyi açıqlamada Bayduk, İŞİD silahlılarına qarşı savaşdan sonra ermənilərlə qarşılaşdığını söyləyib.

Orda gördüklərindən danışan Badyuk "Məni bu qarşılaşma təəccübləndirdi. Hanaser yaxınlığında davam edən şiddətli atışma var idi, bizə zəng edib İŞİD-lə münaqişənin yaşandığını söylədilər. Çəkiliş etdik, sonra silahlı qarşıdurma dayandı. Birdə gördüm snayperçinin boynunda xaç var. Təəccüblə soruşdum: "Adın nədir?” "Rafael” dedi. "Necə yəni Rafael?” dedim, "Erməniyəm” deyə cavab verdi. Güldüm, sonra ordakı bütün snayperçilərin, silahlıların erməni olduğunu öyrəndim. Daha sonra Hələbdə silah fabriklərindən birində çəkiliş edirdim, orda da işləyənlərin hamısı ermənilər idi. Savaş zamanı bu fabrikdən təmas xəttinə qədər sadəcə bir neçə metr məsafə var idi, düşünə bilirsiniz? Və orda bütün istehsalat Erməni Diasporasının çiyinlərində idi” şəklində danışıb.

Ermənilər də daxil olmaqla suriyalı xristianların savaşlardan dolayı çoxlu sayda itkilər verdiyini deyən müxbir "İŞİD-in keçdiyi məhəllələrdə bir soyqırım yaşandı, hər kəsi öldürdülər” ifadələrini işlədib.


Suriya müharibəsindən əvvəl Hələbdə təqribən 60 min erməni yaşayırdı. Qarşıdurmaların yaşandığı gündən 90 min erməninin Suriyanı tərk etdiyi iddia edilir. (kolgemedia.az)
 
 
 
 
 Sfera.az
 
 


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...