Ana şəhid olan oğlunun nəşini gətirən əsgərin əlini öpdü, ağladı – VİDEO

Ana şəhid olan oğlunun nəşini gətirən əsgərin əlini öpdü, ağladı – VİDEO
 Türkiyənin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı” antiterror əməliyyatı zamanı şəhid olan çavuş Yunus Emre Doğan doğulub böyüdüyü Kilis şəhərinin Polateli qəsəbəsində təşkil olunan cənazə mərasimi ilə son mənzilə yola salınıb. Mərasimdə Ədliyyə naziri Abdulhamit Gül də qatılıb.

4 qardaşı olan Yunus Emre subay idi. O, hərbi xidmətdən qayıtdıqdan sonra ailə qurmağı planlaşdırırdı.

Türkiyə Ordu qərargahından verilən məlumata görə, o, Afrinin Bülbül kəndində terrorçuların hücumu nəticəsində həlak olub. Onun şəhid olduğu Bülbül kəndi ilə yaşadığı evin arasında cəmi 35 kilometr məsafə var.

Terrorçuların hücumu nəticəsində şəhid olan digər hərbi qulluqçu isə gizir Ömer Bilal Akpınardır. O, evli olub.

Şəhidin anası onun nəşini gətirən əsgərin əlini öpərək ağlayıb.

"Mənim balamı sən gətirdin? Bu əllərinlə gətirdin? (əlini öpür) Allah səni anana atana bağışlasın”. /milli.az

]

 


 



OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...