Logo

Afrində yaralanan 2 türk əsgərin ürək sızladan FOTOSU - "Vətən sağ olsun!" sayıqladılar

Afrində yaralanan 2 türk əsgərin ürək sızladan FOTOSU - "Vətən sağ olsun!" sayıqladılar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Sosial mediada paylaşılan iki türk əsgərinə aid şəkil minlərlə insanın ürəyini ağrıdıb.

"A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Türk Silahlı Qüvvələrinin Afrində başlatdığı "Zeytun budağı” əməliyyatı 19-cü günündədir.

Əməliyyat zamanı terrorçulara ağır zərbələr endirilən zaman terrorçuların xain hücumunda yaralanan iki əsgərin bir-birinə möhkəmcə sarılmış əlləri sosial mediada paylaşılıb. Xəstəxanada çəkilən şəkildə yaralı türk əsgərlərinin həmin anda belə bir-birindən ayrılmadığı görünür.

İnsanları duyğulandıran bu cümlələri isə MHP Osmaniyə millət vəkili Ruhi Ersoy paylaşıb:

"Dünən gecə Afrində silahlı hücum zamanı yaralanan iki əsgərimiz. Canları çox ağrıyırdı, yaraları çox idi, amma "Vətən sağ olsun!” deyə sayıqlayır, bir-birlərinin əllərini buraxmırdılar. Bax bu əllər milli birlik və dayanışmanın simvolu olmuşdur”.

Sfera.az

Afrində yaralanan 2 türk əsgərin ürək sızladan FOTOSU - "Vətən sağ olsun!" sayıqladılar

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR