Ermənilərdən daha bir həyasız addım - Faşist Njdeni bu dəfə Rusiyada əbədiləşdirmək istəyirlər - VİDEO
Dünya
00:44 / 08.02.2018
1093
Ermənilər Rusiyanın Vladimir şəhərinin adını dəyişdirilib faşist Qareqin Njdenin şərəfinə adlandırılmasını tələb edirlər.
Sfera.az-ın məlumatına görə, artıq bununla bağlı Mikayıl Mutasyanın təşəbbüsü ilə change .org saytında ımzatoplama kampaniyasına start verilib.
Ermənilər fikirlərini onunla əsaslandirirlar ki, Njde onların xalq qəhramanıdır və uzun müddət Vladimir şəhərində həbsxanada əzab-əziyyətə məhkum edilib.
Müraciətdə bilidirlir ki, onlar rus xalqına hörmətlə yanaşırlar. Xristianlığı qəbul etmiş ilk xalq kimi - ermənilər, müqəddəs Vladimirin qədim Rusiya üçün etdiklərini unutmurlar. Vladimirə olan eyni hörməti rus xalqından da gözləyirlər.
Ermənilərin bu qədər həyasızcasına belə bir addım atacağını heç rusların özləri də gözləmirdi.
SSRİ-yə qarşı erməni legionuna rəhbərlik edərək mübarizə aparmış bir şəxs sonradan həbs edilərək Vladimir həbsxanasına gətirlib və burada ölüb. SSRİ-nin, rusların düşməni olan bir şəxs necə qəhrəman ola bilər?
Qeyd edək ki, bir müddət əvvəl Rusiyada faşist Njdenin İrəvanda ucaldılan abidənin sökülməsini tələb edən petisya başladılmışdı. Rusiyanın ictimai siyası xadımləri, deputataların da yaxından dəstək verdiyi bu petisyada 200 mindən çox imza toplandı.
Rusiya Dövlət Dumasında kecirlən müzakirələrdə Ermənistanın siyası rəhbərliyi sərt formada tənqid olundu. Bundan sonra erməni rəsmilər açıqlama verərərək bu müdaxilənin qəbuledilməz olduğunu vurğuladılar və daha da irəli gedərək artıq əks petisiya ilə çıxış etməyə başlayıblar. Gorunur, ermənilər yaxın tarixdə baş verənləri unutdurmağa çalışırlar.
Njde, Hitlerin yanında yer alaraq Uraynada, Krımda cinayətlər törədib. Müharibə başa çatdıqdan sorna isə Sovet KGB-si onun cinayətlərinin üstünü açaraq həbs edib. Vladimir şəhərindəki həbsxanaya gətirilərək buradakı zindada cürüyərək ölüb.
Sarkisyanın məktəblərdə erməni qəhramını kimi təbliğ etdiyi bu şəxsin adını indi ermənilər Rusiya şəhərinə vermək istəyirlər. Özü də Vladimir şəhərinə. Bu, ruslar ilə bir növ məzələnməkdir. Çünki Vladimir şəhəri rus ideologiyasının , qədim dovlətçiliyinin mərkəzi, rus siyasətinin qızıl halqası sayılır. Bu addımla ermənilər bir növ Rusiya dövlətçiliyinə də sataşırlar. Ermənilər hələ də anlamırlar ki, özlərinə seçdikləri qəhrəman faşist olub. Faşizmi isə müasir, sivil dünya qəbul eləmir.
Rəsmi Moskvanın bu petisiyaya verəcəyi cavab isə yaxın günlərdə bəlli olacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
]