Özbəkistan 7 ölkə ilə viza rejimini ləğv etdi

Özbəkistan 7 ölkə ilə viza rejimini ləğv etdi
 Özbəkistan aralarında Türkiyənin də olduğu 7 ölkə ilə olan viza rejimi tətbiqinə son qoyub.

Bu barədə rezident Şövkət Mirziyoyev tərəfindən "Özbəkistanda turizmin inkişaf etdirilməsi üçün müsbət şəraitin təmin edilməsinə” dair sərəncam verilib.

Qərara əsasən, 10 fevraldan etibarən İsrail, İndoneziya, Cənubi Koreya, Malayziya, Sinqapur, Yaponiya və Türkiyə vətəndaşlarına viza rejimi tətbiqi ləğv edilib. Həmin ölkələrin vətəndaşları viza tələb edilmədən 30 gün müddətlə Özbəkistanda səfərdə olabiləcəklər.

Bundan başqa, 1 iyuldan etibarən "e-viza” sisteminə də keçid olacaq.

Qeyd edək ki, prezident Mirziyoyevin ötən ilin oktyabrında imzaladığı sərəncam ilə Türkiyə, Avstriya, Belçika, Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, İtaliya, İsveçrə, Çexya, Latviya, Malayziya, Yaponiya və Tayland vətəndaşları üçün asanlaşdırılmış viza rejimi tətbiqi başlamışdı.

qafqazinfo

OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...