Ərdoğan: Rusiya ilə razılaşdıq

Ərdoğan: Rusiya ilə razılaşdıq
 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın La Stampa nəşrinə müsahibəsində Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması ilə bağlı sövdələşməni şərh edib, Oxu.Az "Anadolu” agentliyinə istinadən xəbər verir.

Ərdoğanın sözlərinə görə, Rusiya tərəfi həm qiymət və ZRK-nın tədarük müddətləri, həm də birgə istehsalın başlanılması və texnologiyaların ötürülməsi ilə bağlı razılıq verib.

"Suriya ərazisindən hücumlar Türkiyənin müdafiə potensialının, xüsusilə də hava hücumundan müdafiə sisteminin möhkəmləndirilməsi və müasirləşdirilməsini zəruri edib. Biz bir sıra dövlətlərlə danışıqlar apardıq və qiymətlə yanaşı texnologiyaların ötürülməsini də müzakirə etdik. Rusiya gözləntilərimizə cavab verdi”, - deyə, Ərdoğan bildirib.

Bununla yanaşı, o qeyd edib ki, S-400 üzrə hər hansı müqaviləni NATO ilə əlaqələndirmək yersizdir.

Ərdoğan xatırladıb ki, bugünkü gündə digər NATO üzvü – Yunanıstanın silahlanmasında S-300 var.

Türkiyəli lider həmçinin ölkəsində milli raketdən müdafiə sistemləri üzərində iş aparıldığını qeyd edib.

"S-400 komplekslərinin alınması ilə yanaşı Ankara raketdən müdafiə sistmelərinin istehsalına da diqqət ayırır. ASELSAN və ROKETSAN türk şirkətlərinin Avropanın EUROSAM müdafiə konserni ilə bir müddət əvvəl imzalanmış müqaviləsi qeyd olunan məsələdən irəli gəlir”, - deyə, o, xatırladıb.

Türkiyə gələcəkdə hava hücumundan müdafiə komplekslərinin milli istehsalını təşkil etməyi planlaşdırır, deyə, Ərdoğan vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...