Yakutiyada nadir almazlar tapılıb

Dünya
14:56 / 02.02.2018
1300
Rusiyanın ALROSA şirkəti xəbər verir ki, Yakutiyada "Yubiley" filizsaflaşdırma kombinatının dəstəyi ilə kütləsi 97,92 karat və 85,62 karatlıq çox nadir almazlar tapılıb.
"Həqiqətən də çəkisi 50 karatdan çox olan iri almazlara nadir hallarda rast gəlinir. Belə almazlar ənənəvi olaraq böyük tələbatla hərraclarda satılır", - deyə ESO (İqtisadi Əməkdaşlıq Təşkilatı) ALROSA-nın direktoru Yevgeni Aqureev bildirib.
Şirkətin verdiyi məlumata görə hər iki almaz şəffaf sarımtıl rəngə çalır, çəkisi 97,92 karat olan almaz oktaedr formalıdır.
Bundan bir qədər əvvəl Ural mədənlərində çəkisi 1,6 kq olan zümrüd tapılması barədə xəbər verilmişdi.
Yusif Məmmədli
sfera.az