Facebook-da tanış olduğu oğlana 20 min xərclədi: Sevgilisi 2 uşaq anası çıxdı

Facebook-da tanış olduğu oğlana 20 min xərclədi: Sevgilisi 2 uşaq anası çıxdı
 İstanbulun Bağcılar rayonunda S.K. (33) açdığı saxta oğlan profili ilə təxminən 3 il boyunca Ş.Ö.-nü (35) evlilik vədi ilə aldadıb. 

Milli.Az xəbər verir ki, özünü Facebook-dakı şəxsin bacısı olaraq təqdim edib üz-üzə görüşdüyü Ş.Ö.-nün təxminən 20 min lirəsini alıb. Ş.Ö. 3 il sonra vəziyyəti başa düşüb, polisə şikayət edib. S.K. haqqında 12 ilə qədər həbs istəyi ilə cinayət işi açılıb.

İddianaməyə görə, S.K. adlı qadın gənc qızları aldatmaq məqsədi ilə oğlan fotolarıyla Facebook-da bir neçə saxta profil açıb. Ş.Ö. də "Kaan Yıldız" adındakı saxta Facebook səhifəsindəki fotoları bəyənərək dostluq istəyi yollayıb.

Bir-birlərinin telefon nömrəsini alıb Whatsapp-da yazışmağa başlayıblar. S.K. saxta profildən Ş.Ö.-yə evlənmək istədiyini yazaraq "Bacımla danışıb, onunla görüşə bilərsən" deyib. Sonra özünü "Kaan Yıldız"ın bacısı olaraq təqdim edib, Ş.Ö. ilə bir neçə dəfə görüşüb. S.K. görüşlərdən sonra Ş.Ö-yə "Bacım səni görüb, bəyənib. Ailə mənim üçün hər şeydən önəmlidir. Görüşmədən evlənsək, daha yaxşı olar" sözlərini yazıb.

S.K. müxtəlif cür yalanlarla Ş.Ö-yə 4 min 300 TL dəyərində telefon aldırıb,15 min 992 lirə pulunu alıb.

Bir müddət sonra S.K.  Ş.Ö.-dən çılpaq fotolarını istəyib. Çılpaq fotolarını göndərən qız dəfələrlə şəkilləri vasitəsi ilə şantaja məruz qalıb.

İşi istintaqda olan S.K. evli və 2 uşaq anası çıxıb.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...