Erməni müşavirdən ETİRAF: Azərbaycanlı polkovnik aprel döyüşlərində aktiv iştirak edib

Erməni müşavirdən ETİRAF: Azərbaycanlı polkovnik aprel döyüşlərində aktiv iştirak edib
 "Dünyasını dəyişən azəraycanlı polkovnik "aprel döyüşlərin” kifayət qədər fəal iştirak edən zabit olub”.

A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Qondarma Dağlıq Qarabağ Respublikası prezidenti müşaviri Tiqran Abramyan deyib.

Onun sözlərinə görə, vəfat edən azərbaycanlı polkovnikin hansı şəraitdə dünyasını dəyişdiyini bilmir: "Hansı şəraitdə vəfat etdiyi barədə məlumatım yoxdur. Sosial şəbəkədə paylaşımları oxumuşdum. Sadəcə onu deyə bilərəm ki, polkovnik "aprel döyüşlərin” kifayət qədər fəal iştirak edib. Və indi sözügedən zabit həyatda yoxdu”, – deyə T.Abramyan əlavə edib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yanvarın 21-də yaydığı məlumata görə, Təlim mərkəzlərindən birində məşğələ keçirilən zaman bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçu Əliyev Rahim Əhməd oğlu hərbi rituallara uyğun olaraq dəfn olunub.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!

OXŞAR XƏBƏRLƏR