Ermənistan ABŞ istehsalı olan snayper tüfəngi alıb - FOTO

Ermənistan ABŞ istehsalı olan snayper tüfəngi alıb  - FOTO
 Ermənistan ABŞ-ın "Desert Tactical Arms” şirkətinin istehsalı olan "Desert Tech HTİ” snayper tüfəngləri alıb.

Sfera.az "AzeriDefence”yə istinadən xəbər verir ki, erməni bloqqer Arşak Zaxaryan öz "Facebook” səhifəsində Ermənistan Ordusunun istifadəsində yer alan həmin snayer tüfəngi ilə fotosunu paylaşaraq "test etdik” yazıb.

Qeyd edək ki, "Desert Tactical Arms” şirkəti ABŞ-da yerləşir. Şirkətin istehsal etdiyi HTİ multikalibr snayper tüfəngi .375 CheyTac, .408 CheyTac, .416 Barrett və .50 BMG patronlarla atəş aça bilir. Antimaterial snayper tüfəngləri sinfinə aid edilən HTİ-dən fərqli kalibrli patronlarla atəş açmaq üçün lülə, daraq və zərbə-tətik mexanizmini dəyişmək lazımdır. Bul-pap dizaynlı silah "bolt action” (əllə tək-tək doldurma) iş prinsipinə malikdir.

2015-ci ilin fevral ayında Abu Dabidə keçirilmiş İDEX-2015 sərgisində təmsil olunan "Desert Tactical Arms” şirkətinin əməkdaşları "Azeri Defence” jurnalına açıqlamalarında HTİ və SRS-A1 tüfənglərinin postsovet respublikalarından Gürcüstana ixrac olunduğunu qeyd etmişdilər.

Qeyd edək ki, bundan əvvəl Ermənistan İngiltərə və Fransadan snayper tüfəngləri əldə edib.


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...