Finlandiya Belçikaya pulların yuyulmasında şübhəli bilinən rusiyalını ekstradasiya edir

Finlandiya Belçikaya pulların yuyulmasında şübhəli bilinən rusiyalını ekstradasiya edir
RİA "Novosti" Rusiyanın Finlandiyadakı səfirliyinin mətbuat katibi Natalya Vejlivçevaya istinadən xəbər verir ki, Finlandiya pulların yuyulmasında şübhəli bilinən Rusiya vətəndaşını Belçikaya ekstradasiya edir.
 
N.Vejliçeva onu da əlavə edib ki, səfirlik rusiyalının məsələsini diqqətdə saxlayır.

"Belçikanın sorğusu əsasında bu il yanvarın 6-da həds edilmiş Rusiya vətəndaşının yanvarın 19-da fin məhkəməsi tərəfindən Belçikaya ekstradasiya olunmasına dair qərar verilib. Ali məhkəməyə Apelyasiya şikayəti hazırlanır. Apelyasiya şikayəti qanunun müəyyən etdiyi bir həftə müddətində verilərsə işə baxış daha iki həftə uzana bilər. Səfirliyin əməkdaşları mütəmadi olaraq hıbs edilmiş Rusiya vətəndaşı və vəkili ilə əlaqə saxlayırlar"- deyə Vejlivçeva bildirib.

Saxlanılmış Rusiya vətəndaşının adı açıqlanmır. KİV həbs edilmiş 34 yaşlı Rusiya vətəndaşının Vantaa şəhər həbsxanasında saxlanıldığını bildirir.

Bir müddət əvvəl fin KİV-i Rusiya vətəndaşının Sankt-Peterburqa qayıdarkən Vaalimaa sərhəd məntəqəsində saxlanıldığı barədə məlumat vermişdi. Qeyd edək ki, sözügedən şəxs Belçika dövlətinin sorğusu əsasında saxlanılıb. Həmin şəxs 2017-ci il dekabrın sonunda pulların yuyulması və 2008-2009-cu illərdə mütəşəkkil cinayətkar qruplaşmada iştirakına görə qiyabi olaraq üç il müddətinə azadlıqdan məhrum edilib.
 
Rusiyalı bütün ittihamları rədd edir.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Moskvadan uçan təyyarə təcili geri qayıtdı - SƏBƏB

Rusiyanın paytaxtı Moskvadan Novosibirskə uçan təyyarə təcili geri qayıdıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. &nb...

ABŞ və Kuba illər sonra müqavilə bağladı - DETALLAR

Birləşmiş Ştatlar və Kubanın hakimiyyət orqanları Havananın 553 məhbusu azad etdiyi müqaviləni bağlaya bilib.    Sfera.az xəbər verir ki, bunun ...

Hakan Fidan: Türkiyə Qəzzada atəşkəsi dəstəkləyir

Türkiyə Qəzza zolağında atəşkəs razılaşmalarını dəstəkləyir, lakin bu barədə hələlik rəsmi məlumatı yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyəni...

HƏMAS Qəzza razılaşmasını vasitəçilərə təhvil verdi

HƏMAS vasitəçilərə Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığa gəldiyi barədə məlumat verib.   Sfera.az xəbər verir ki, bu barədə ...

Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər

Dələduzlar növbəti dəfə aparıcı İlkin Həsənini hədəfə alıblar.   Sfera.az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə paylaşım edib. İlkin ...

Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək - VİDEO

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək "Qış təlimi - 2025" bi...