Logo

"Dostlar Mahallesi"nin aktyoru vəfat etdi - FOTO

"Dostlar Mahallesi"nin aktyoru vəfat etdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Kanal D"də yayımlanan "Dostlar Mahallesi" serialının aktyoru Turan Özdemir vəfat edib.

Sfera.az axşam.az-a istinadən xəbər verir ki, "Dondurmam Gaymak" filmi ilə daha çox yadda qalan aktyor İstanbuldakı evində ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, Özdemir 1952-ci ildə anadan olub. Teatr aktyoru kimi fəaliyyət göstərsə də, 2001-ci ildən film və seriallara çəkilir. O, "Pis yedili", "Cennet mahallesi", "Geniş ailə" kimi seriallarda oynayıb.

2006-cı ildə "İlin ən yaxşı kişi aktyoru" mükafatına layiq görülüb.

"Dostlar Mahallesi"nin aktyoru vəfat etdi - FOTO
"Dostlar Mahallesi"nin aktyoru vəfat etdi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR