Logo

Ruhani ABŞ üzərində qələbəni elan etdi

Ruhani ABŞ üzərində qələbəni elan etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İran İslam Respublikasının prezidenti Həsən Ruhani ABŞ üzərində "uzunmüddətli qələbə" elan edib.

Trampın İranın "JCPOA"-dakı (ortaq səviyyəli fəaliyyət planı) qorxulu səhvləri düzəltməyəcəyi təqdirdə ABŞ-ın nüvə müqaviləsindən geri çəkiləcəyini bəyan etməsindən bir gün sonra Həsən Ruhani "ABŞ hökuməti nüvə müqaviləsinin təməlini sarsıda bilmədi. Müqavilə İran üçün uzunmüddətli bir qələbədir"-deyib.

Sabiq ABŞ prezidenti Barak Obama tərəfindən imzalanan və İran ilə 6 dünya dövləti (ABŞ, Rusiya, İngiltərə, Fransa, Çin, Almaniya) arasında imzalanan 2015-ci il müqaviləsinə əsasən, İranın nüvə proqramlarına tətbiq edilən məhdudiyyətlər əvəzində ABŞ-ın iqtisadi sanksiyaları gücləndirməsi xarici siyasətdə zəifliyi kimi qəbul edilirdi.

Trampın müqavilədə qorxulu səhvlər olaraq adlandırdığı dəyişiklik etmə istəyi İran tərəfindən rədd edilib. İran hökuməti "müqavilə dəyişidirilə bilməz"-deyib.

olke.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR