Logo

“Eurovision”un qalibi dünyasını dəyişdi

“Eurovision”un qalibi dünyasını dəyişdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Fransız müğənni Frans Qall 70 yaşında vəfat edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə baza günü, yanvarın 7-də, "France Info” nəşri məlumat yayıb.

Qeyd olunur ki, müğənni son iki ildə onkoloji xəstəliklə mübarizə aparırdı. Qall dekabrın ortalarında Paris yaxınlığında xəstəxanaların birinə yerləşdirilmişdi.

Bildirilir ki, hələ 1993-cü ildə həyat yoldaşı Mişel Birjenin ölümündən sonra müğənniyə süd vəzisinin xərçəngi diaqnozu qoyulmuşdu.

Qall musiqi karyerasına 1963-cü ildə, 16 yaşında başlayıb. İki il sonra, 1965-ci ildə o, "Eurovision” müsabiqəsində "Poupée de cire, poupée de son” mahnısı ilə Lüksemburqu təmsil edərək qalib gəlib.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR