Logo

Tanınmış hüquq müdafiəçisi ölü tapıldı

Tanınmış hüquq müdafiəçisi ölü tapıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Kiyev ətrafında üç gün əvvəl itkin düşən ukraynalı hüquq müdafiəçisi İrina Nozdrevskayanın meyiti tapılıb.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Ukrayna 112” telekanalına DİN nümayəndəsi İlya Kiva məlumat verib.

İlkin istintaq zamanı məlum olub ki, meyiti körpüdən atıblar. Hüquq-mühafizə orqanları hadisəni İrinanın peşəkar fəaliyyəti ilə əlaqələndirirlər.

Qeyd edək ki, İ. Nozdrovskayanın bacısını 2015-ci ildə Vışqorod Rayon Məhkəməsinin hakimi Dmitri Rossoşanskinin əmisi oğlu avtomobillə vurub öldürmüşdü. Sonradan məlum olub ki, sürücü hadisə zamanı içkili olub. Hüquq müdafiəçisi iki il ərzində bu işi araşdırırdı.

2017-ci ildə Nozdrovskaya Rossoşansikinin cəza almasına nail olub. Sonuncu yeddi il müddətinə azadlıqdan məhrum edilib.

Qadının qohumlarının sözlərinə görə, hakimin yaxınları Nozdrovskayanı dəfələrlə hədələyiblər.

Hüquq müdafiəçisinin itkin düşməsi barədə dekabrın 29-da məlum olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR