“Qarabağ”a lağ edənlərə sillə kimi cavab” - Türkiyə mətbuatı

“Qarabağ”a lağ edənlərə sillə kimi cavab” - Türkiyə mətbuatı
"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində "Çelsi” ilə matçda azarkeşlərin nümayiş etdirdiyi möhtəşəm xoreoqrafiya Türkiyə mətbuatının gündəmini zəbt edib.
 
Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, nəhəng plakatda "The Glorious” (Şərəf "Qarabağ) və "Far away from home but where you belong” ("Evdən uzaq, amma aid olduğun yer”) sözləri yazılıb və bununla da dünyaya Ağdamın işğal altına olması, bu səbəbdən "Qarabağ”ın doğma yurdundan didərgin düşməsinin mesajı verilib.
 
Qardaş ölkə mətbuatı xoreoqrafiyanı "Sabah” qəzetinin köşə yazarı Mövlud Tezelə sillə kimi cavab adlandırıb.
 
Xatırladaq ki, M.Tezel oktyabrın 10-da keçirilən "Qarabağ” – "Atletiko”oyununda azarkeşlərin hazırladığı plakatı təhqir etmişdi. Belə ki, o, "Ezik kareoqrafi" adlı köşəsində tərəfdarların A4 kağızına "Qarabağ” yazmalarını futbol tarixində ən əzik, ən fakir, ən gülməli görüntü adlandırmışdı.
 
Yazarın məsələyə bu cür yanaşması Azərbaycanda tənqidlərə səbəb olmuşdu. Bundan sonra Tezelin yazısı qəzetin saytından silinmiş, yazar isə sosial şəbəkədə Azərbaycan xalqından üzr istəmişdi.






 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Zərərçəkənlər Vardanyanın məhkəməsində danışdılar

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...

"Atam öz cinayətini yüngülləşdirmək üçün "namus" ifadəsini ortaya atıb"

Ötən gün Qobustan rayonunda baş verən qətl hadisəsi zamanı 2001-ci il təvəllüdlü kənd sakini Günel Rasim qızı Ağabəyli yaşadığı evdə qətlə yetirilib.   ...

Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi

Prezident İlham Əliyevin 2025-ci il 29 may tarixli 610 nömrəli Sərəncamının icrası çərçivəsində, Nazirlər Kabineti tərəfindən ölkəmizdə ilk dəfə olaraq &ld...

Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 8-də ölkədə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyə...

Tatlısəs 100 mənzildən ibarət bina tikdirir

Türkiyəli müğənni İbrahim Tatlısəs daşınmaz əmlaklarının sayını artırır.   Sfera.az xəbər verir ki, ifaçı 100 mənzildən ibarət bina tikdirməyə başlay...

Nazir ona yüksək vəzifə verdi

Vasif Qurbanzadə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə müdir təyin edilib.   Sfera.az bildirir ki, bununla bağlı mədəniyyət naziri Adi...