Logo

Bu ölkə“Facebook” və “Google”a vergi tətbiq edir

Bu ölkə“Facebook” və “Google”a vergi tətbiq edir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İsrail bu il ərzində "Google” və "Facebook” şirkətlərinə vergi hesabı göndərməyi planlaşdırır.

"Report” "Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə "The Marker” maliyyə qəzeti məlumat yayıb.

İsrailin vergi orqanının rəhbəri Moşe Aşer bildirib ki, vergi hesablarının hazırlanması üçün işlərə başlanılıb: "Hazırda qurum necə hesab aparılması üzərində çalışır. Şirkətlərin İsrail müştərilərindən əldə etdiyi mənfəətin neçə faizinin ölkəyə vergi olaraq ödənilməsi barədə qərar veriləcək".

M.Aşer bildirib ki, vergi şirkətin İsraildəki əməliyyatlarına görə ödənilə bilər.

Bu məsələ ilə bağlı "Google” və "Facebook”dan hər hansı açıqlama verilməyib.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR