Las-Veqas terroru: ölənlərin sayı 59-a çatdı

Las-Veqas terroru: ölənlərin sayı 59-a çatdı

ABŞ-ın Las-Veqas şəhərindəki terakt nəticəsində ölənlərin sayı artıb.

Bu barədə TASS məlumat yayıb.

"Ölən və yaralananların sayı artıb. Hazırda olan nəticələrə görə, ölənlərin sayı 59, yaralananların sayı isə 527-dir” – məlumatda qeyd olunur.

Qeyd edək ki, ötən gün ABŞ-ın Las-Veqas şəhərində "Rout 91” adlı musiqi festivalına silahlı hücum olub. Hadisəni törədən şəxs polis tərəfindən tutulacağından ehtiyat edərək özünü öldürüb. İŞİD hadisənin məsuliyyətini öz üzərinə götürsə də, hüquq-mühafizə orqanları hadisəni törədən şəxsin hər hansı terror qruplaşmasına bağlılığı barədə hələlik hər hansı dəlil olmadığını açıqlayıb.

Sfera.az


OXŞAR XƏBƏRLƏR