Türkiyədə qadınlar üçün trolleybuslar işə salındı
Kateqoriya məlum deyil
Türkiyənin Malatya şəhərində qadınlar üçün nəzərdə tutulmuş trolleybuslar xəttə salınıb.
Sfera.az Trend-ə istinadən bildirir ki, çəhrayı rəngdə olan bu trolleybuslara yalnız qadınlar minə bilərlər.
Çəhrayı trolleybusların sürücüləri də qadınlar olacaq.
Qeyd edək ki, bir neçə ay əvvəl Bursa şəhərində metroda qadınlar üçün nəzərdə tutulmuş vaqonlar xəttə salınmışdı.






