Ərdoğan Nyu Yorkda təntənə ilə qarşılanıb

Ərdoğan Nyu Yorkda təntənə ilə qarşılanıb

ABŞ-da yaşayan türk əsilli vətəndaşlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Nyu Yorkda qalacağı otelin qarşısında böyük təntənə ilə qarşılayıblar.

Bu barədə "Anadolu” agentliyi informasiya yayıb.

Nyu Yorkda "Peninsula Hotel” qarşısıda Türkiyə prezidentini qarşılamağa gələnlər əllərində Türkiyə bayraqları və "Prezident Ərdoğan ABŞ-a xoş gəldiniz” yazılmış plakatlar tutublar. Qarşılama mərasimi təşkil edən vətəndaşlar "Sonuna qədər dik dur, bu millət səninlədir” şüarını səsləndirib. Türkiyə prezidenti də öz növbəsində əhalini salamlayıb.

ABŞ polisi Ərdoğanın ziyarəti ilə əlaqədar otel ətrafında təhlükəsizlik tədbirlərini artırıb. Ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak etmək üçün Nyu Yorka səfər edib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...