Dünyanın məşhur aviaşirkəti satışa çıxarılıb

Dünyanın məşhur aviaşirkəti satışa çıxarılıb

İtaliyanın müflis olmuş və səhmlərinin 49%-i Birləşmiş Ərəb Əmirliklətinin "Etihad Airways” şirkətinə məxsus olan "Alitalia” aviaşirkəti satışa çıxarılıb.

Aviadaşıyıcının səhmlərinə 5 iddiaçı var.

Bunlar ABŞ-ın "Delta Airlines” şirkəti, Böyük Britaniya – İspaniya birgə müəssisəsi "İnternational Airlines Group” şirkəti, "Air France” şirkəti, eləcə də Böyük Britaniyanın "EasyJet” və İrlandiyanın "Ryanair” aşağıbüdcəli aviaşirkətləridir.

Xatırladaq ki, "Alitalia” yerli aviadaşıyıcılar arasında ən böyüyüdür. Şirkət bu ilin I yarısını 200 mln. avro xalis zərərlə başa vurub. 2016-cı ildə 22,6 mln. sərnişin daşımış "Alitalia”nın təyyarə parkına 123 hava gəmisi daxildir. Bunlardan 11-i "Boeing 777-200 ER”, 14-ü isə "Airbus A330-200” markalı təyyarələrdir. Aviaşirkət 64-ü beynəlxalq olmaqla 94 istiqamətdə uçuşlar həyata keçirir və həftədə 4 200 reys reallaşdırır.

"Alitalia” bu ilin II yarısında fəaliyyətinə davam edə bilmək üçün dövlətdən təcili olaraq 600 mln. avro borc alıb. Ümumlikdə isə son 10 ildə İtaliya hökuməti aviaşirkətə 7 mlrd. avro məbləğində maliyyə dəstəyi verib. (report)

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...